Google əməkdaşlarına Zoom-u qadağan edib

Google əməkdaşlarına Zoom-u qadağan edib
07:52 14 Aprel 2020
170 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Google" şirkətinin rəhbərliyi əməkdaşlarına "Zoom" video konfranslar xidmətindən istifadəni qadağan edib. Buna səbəb sözügedən xidmətin haker hücumlarına qarşı dayanıqsız olmasıdır. "The Verge" nəşri yazır ki, bu barədə məktub hələ ötən həftə əməkdaşlara göndərilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, məktubda, həmçinin korporativ qurğulara quraşdırılmış "Zoom" proqramlarının tezliklə bloklanacağı haqqında yazılıb. "Bizdə çoxdan mövcud olan qaydaya əsasən, iş üçün korporativ şəbəkəyə aid olmayan yoxlanılmamış proqramlardan istifadə qadağandır" - "Google"un nümayəndəsi Hose Kastaneda nəşrə deyib. O təsdiq edib ki, yaxın günlər ərzində təhlükəsizlik üzrə mütəxəssislər öz iş qurğularında "Zoom"dan istifadə edən əməkdaşlara proqramın təhlükəsizlik standartlarına cavab verməməsi barədə xəbərdarlıq edib. Bu halda "Google"un əməkdaşlarına "Zoom" xidmətinin veb versiyasından və ya smartfonlar üçün mobil tətbiqindən şəxsi məqsədlə istifadə etmək qadağan edilməyib.

"The Verge", həmçinin qeyd edir ki, "Google" şirkətinin videobağlantı üçün "G Suite" paketinə daxil olan "Meet" adlı korporativ xidməti mövcuddur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/841085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR