Windows 10-a 'Linux Fayl Sistemi' dəstəyi gəlir

Windows 10-a 'Linux Fayl Sistemi' dəstəyi gəlir
08:37 14 Aprel 2020
166 Maraqlı
Ölkə mətbuatı
A- A+

Microsoft şirkəti tərtibatçıların işini asanlaşdırmaq üçün Windows 10 əməliyyat sistemini 1903 versiyasından bu yana Linux ilə yavaş-yavaş inteqrasiya etməyə başladı. Bu səfər çıxan xəbərlərə görə isə artıq istifadəçilər Linux fayllarını Windows 10 ilə çox asan bir şəkildə aça biləcək. Həmçinin yaddaş sıxıntısı çəkən istifadəçilər üçün də Windows 10-a xüsusi bir funksiya əlavə ediləcək.

Windows 10-un Fayl Bələdçisində (File Explorer) artıq Linux faylları aça bilmək üçün qısayol olacaq. 

 Linux əməliyyat sisteminin əfsanəvi simvolu olan pinqvin Tux artıq File Explorer daxilində göstəriləcək. Bu qısayola daxil olduğunuz zaman sistemdə olan Linux versiyaları göstəriləcək və seçdiyiniz versiya root bölməsinə daşınılaraq istifadə etməyinizi mümkünləşdirəcək. Bu yenilik Windows 10-un 19603 nömrəli yeni versiyasında istifadəyə veriləcək.

Bundan başqa Insider (Beta) versiyalarda ortaya başqa bir funksiya daha çıxıb. Beləki yaddaş problemi yaşayan istifadəçilər üçün artıq Ayarlar menyusunda Storage (Yaddaş) bölməsində yeni funksiya olacaq. Bu funksiya ilə istifadə edilməyən fayllar seçilib silinə biləcək. Beləcə qismən də olsa istifadəçilərin yaddaş azlığı ilə bağlı problemi həll ediləcək. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/841096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR