Koronavirusla bağlı

Dünyada koronavirusa yoluxanların sayı 1 925 190 nəfərə çatıb.

Metbuat.az bu barədə xəbər verir ki, virusdan ölənlər 119 701, sağalanlar isə 447 833 nəfər təşkil edir.

Qitələr arasında yoluxma ən çox - 907 388 nəfər olmaqla, Avropada qeydə alınıb.

15 944 nəfərlə ən az yoluxma göstəricisi isə Afrikadadır.

Dünya ölkələri arasında virusa yoluxanlar arasında ilk onluqda ABŞ, İspaniya, İtaliya, Fransa, Almaniya, Böyük Britaniya, İran, Türkiyə, Belçika, Niderland yer alır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR