UNİCEF xəbərdarlıq edir: 117 milyon uşağın həyatı təhlükədədir

UNİCEF xəbərdarlıq edir: 117 milyon uşağın həyatı təhlükədədir
09:43 14 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Yeni tip koronavirus pandemiyasına görə 24 ölkədə qızılcaya qarşı peyvəndərin vurulması təxirə salınıb.

Publika.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) qızılca peyvəndinin təxirə salınmasının 117 milyon uşağı təhlükədə qoyacağını xəbərdarlıq edir.

Fond bildirir ki, əhəmiyyətli peyvənd xidmətləri hər şeyə rəğmən, davam etdirilməlidir.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, 50 ildən artıqdır ki, təhlükəsizliyi və effektivliyini sübut edən qızılca peyvəndinin vurulmasına rəğmən, son illərdə xəstəliyi keçirənlərin sayı artıb. 2018-ci ildə 140 mindən çox uşaq qarşısı alına biləcək ölümə qurban gedib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/310683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR