IMF-yə olan 25 ölkənin borcunun ödənilməsinə dəstək veriləcək

IMF-yə olan 25 ölkənin borcunun ödənilməsinə dəstək veriləcək
10:17 14 Aprel 2020
70 Digər
Ölkə mətbuatı
A- A+

“Fəlakətlərin Təsirinin Məhdudlaşdırılması və Borcların Azaldılması” fondu (CCRT) koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 25 üzv ölkəyə təcili borc verəcək. 
“Report” xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) prezidenti Kristalina Georgieva bildirib. 
Onun sözlərinə görə, söhbət Əfqanıstan, Benin, Burkina Faso, Mərkəzi Afrika, Çad, Komor, Demokrtatik Konqo, Qambiya, Qvineya, Qvineya-Bisau, Haiti, Liberiya, Madaqaskar, Malavi, Mali, Mozambik, Nepal, Niger, Ruanda, Sao Tome-Prinsip, Sierra Leone, Solomon Adaları, Tacikistan, ToqoYəməndən gedir. Məqsəd həmin ölkələrin IMF-ə olan borclarını ödəməsidir. 
Bunun üçün yaxın 6 ay ərzində 500 milyon ABŞ dolları məbləğində vəsait ayrılacaq. Əvəzində həmin ölkələr öz imkanlarını virusla mübarizəyə sərf edəcək. 


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/imf-ye-olan-25-olkenin-borcunun-odenilmesine-destek-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR