Türk həkim ümidli danışdı, amma sərt xəbərdarlıq etdi - "Xüsusən..."

Türk həkim ümidli danışdı, amma sərt xəbərdarlıq etdi - "Xüsusən..."
12:42 14 Aprel 2020
242 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə reanimasiyada olan koronavirus xəstələrinin sayında azalma var.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Ankara şəhər xəstəxanasının təcili tibbi yardım şöbəsinin həkimi, koronavirusun yayılmasından sonra yaradılmış Elmi Şuranın üzvü Afşin Əmrə Kayıpmaz deyib.

Onun sözlərinə görə, Türkiyədə vəziyyəti yaxşılaşan xəstə sayı da reanimasiyada yatan və indiyə kimi ölən xəstə sayının cəmindən azdır: "Testi pozitiv çıxan insanlarda daha yüngül əlamətlər nəzərə çarpır. Evə buraxılanlar arasında yaşı 65-i keçmiş şəxslərin sayı artır".

Bununla belə, Afşin Əmrə Kayıpmaz izolyasiyanın əhəmiyyətini vurğulayıb və nəinki küçədən çəkilməyi, evdə də özünütəcrid qaydalarına riayət etməyi məsləhət görüb.

Həkim xüsusən aprel ayında karantin tədbirlərinin əhəmiyyətini qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841796.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR