ABŞ koronavirusun yayılmasında Çin və ÜST-ün rolunu araşdıracaq

ABŞ koronavirusun yayılmasında Çin və ÜST-ün rolunu araşdıracaq
14:17 14 Aprel 2020
101 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Senatının Daxili təhlükəsizlik və hökumət məsələləri Komitəsi koronavirusun yaranmasında və yayılmasında Çinin, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rolunu araşdıracaq.

Milli.Az Trend-ə istinadən xəbər veri ki, bunu komitənin sədri, senator Ron Conson deyib.

Senator bildirib ki, epidemiyanın yayılmasında Çin ÜST, o cümlədən də ABŞ-ın reaksiyası araşdırılacaq:

"Bu virus harada başladı? Həqiqətən də heyvandan insana keçdi? Bəlkə Çində laboratoriyada digər viruslara qarşı dərman hazırlanarkən sızma baş verib? Biz, həmçinin ÜST-ün bu virus barədə məlumatlar gizlətməkdə rolunu araşdırmalıyıq".

Qeyd edək ki, bu günədək dünyada 1,9 milyondan çox insan koronavirusa yoluxub. Onlardan 119 719 nəfəri ölüb, 452 333 nəfəri sağalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR