Ömrü uzatmağın effektiv yolu tapıldı

Ömrü uzatmağın effektiv yolu tapıldı
14:38 14 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Stenford Tibb Məktəbinin (ABŞ) alimləri məşqlərin ürək əzələlərini bərpa etmək və ömrü artırmaq üçün təsirli yol olduğunu bildirib.

Publika.az xəbər verir ki, tədqiqatçılar laboratoriya siçanlarının üzərində apardığı təcrübəyə əsasən bu nəticəyə gəlib. Nəticələr “Nature Metabolism” jurnalında dərc olunub.

Məşqin təsiri yalnız yaşlı heyvanlarda müşahidə edilib, həkimlər bunu əzələ kök hüceyrələrinin cavanlaşması ilə əlaqələndirib. Bədənin hər hansı digər hüceyrəsinə çevrilə biləcək embrional və ya induksiya olunmuş pluripotent kök hüceyrələrdən fərqli olaraq toxuma üçün xüsusi kök hüceyrələri imkanları məhduddur. Əzələlərdə zədələnmiş toxumaların bərpası üçün məsuliyyət daşıyırlar, ancaq yaşla əlaqədar olaraq bu hüceyrələr tədricən funksiyalarını itirirlər.

Tədqiqatda gəmiricilər fırlanan çarxa qoyulub. Yaşlı siçanlar hər gecə orta hesabla beş kilometr, cavan siçanlar isə 10 kilometr qaçıb. Sonrakı analiz göstərib ki, cavan heyvanlarda məşqə cavab olaraq yeni əzələ lifləri əmələ gəlməyib. Eyni zamanda, müntəzəm olaraq qaçan yaşlı siçanların daha yaxşı əzələ kütləsinə sahib olduğu üzə çıxıb.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/310715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR