Koronavirus “donuz qripi”ndən 10 dəfə təhlükəlidir

Koronavirus “donuz qripi”ndən 10 dəfə təhlükəlidir
15:05 14 Aprel 2020
189 Dünya
Ölkə mətbuatı
A- A+

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu "donuz qripi"ndən 10 dəfə təhlükəli hesab edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, "donuz qripi" epidemiyası 2009-cu ilin yanvar ayından 2010-cu ilin avqust ayına kimi davam edib. Bu müddət ərzində, ümumilikdə, 1,6 milyon insan yoluxub. Onlardan 18 449 nəfəri ölüb.

Lakin bu gün koronavirus qurbanlarının sayı göstərilən rəqəmdən 10 dəfə artıqdır. 

"COVID-19-un sürətlə yayıldığını və onun 2009-cu ilin qrip epidemiyasından daha ölümcül olduğunu bilirik", - ÜST-ün baş direktoru sözlərini yekunlaşdırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841831.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR