“Nargis” Fondunun xeyriyyə aksiyası davam edir

Azərbaycanda xüsusi karantin rejiminin elan olunduğu gündən etibarən “Nargis” fondu tərəfindən Bakı, Bakı ətrafı və Sumqayıt üzrə 40-dan çox ağbirçək və ağsaqqallarımız bir aylıq ərzaq məhsulları ilə təmin edildi. Lakin bu müddət ərzində virusla əlaqədar köməyə ehtiyacı yaranan müxtəlif kateqoriyalı insanlardan bizə çoxlu müraciətlər daxil oldu.

“Nargis” fondu olaraq heç kəsin halına biganə qala bilmirik. Müraciət etmiş hər bir şəxslə ayrılıqda əlaqə saxlayıb qeydiyyata aldıq. Beləliklə “Nargis” fondu olaraq xeyriyyə kampaniyamızı davam edirik. Bu xeyirxah işdə bizə qoşulmaq, vətəndaşlarımıza dəstək olmaq istəyən hər kəs bizə müraciət edə bilər.

Özünüzü qoruyun!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR