Nazirlik rəsmisi sualları cavablandırdı - Hansı tələbələrin təhsil haqqını dövlət ödəyəcək? - VİDEO

Nazirlik rəsmisi sualları cavablandırdı - Hansı tələbələrin təhsil haqqını dövlət ödəyəcək? - VİDEO
16:37 14 Aprel 2020
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar verib.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda qeyd olunub ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin:

- ünvanlı dövlət sosial yardımı alanlar;

- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

- I və II dərəcə əlilliyi olan şəxslər;

- işsiz kimi qeydiyyatda olanlar;

- yaşa görə əmək pensiyaçıları; 1.2.4. yaşa görə sosial müavinət alanlar.

Mövzu ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov AzTv-nin efrində sualları cavablandırıb

Daha ətraflı məlumatı videonu izləyib öyrənə bilərsiz:

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/841977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR