Azərbaycanın Gürcüstandakı səfirliyi ərzaq yardımı kampaniyası davam etdirir

Azərbaycanın Gürcüstandakı səfirliyi ərzaq yardımı kampaniyası davam etdirir
16:42 14 Aprel 2020
372 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə ərzaq yardımı kampaniyası davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, aprelin 14-də Tbilisidə yaşayan az gəliri olan ailələrə ərzaq qutuları çatdırılıb.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.

Səfir bildirib ki, aksiya iki ölkə arasında dostluq naminə keçirilir.

Qeyd edək ki, aprelin 9-da səfirlik Marneuliyə humanitar yük çatdırmışdı. Orada ailələrə 600 bağlama paylanmışdı. Aprelin 10-da Bolnisi bələdiyyəsində ehtiyacı olan 2 100-dən çox ailəyə ərzaq paketləri verilmişdi. Aprelin 11-də Rustavi və Qardabanidə yaşayan 200 sosial baxımdan həssas ailə yardım almışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/841978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR