Neftçalada yaşayış binasında yanğın olub

Neftçalada yaşayış binasında yanğın olub
17:12 14 Aprel 2020
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçalada yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Neftçala rayonunun Bankə qəsəbəsində, birmərtəbəli yaşayış binasında ümumi sahəsi 54 m² olan mənzilin tavanı 3 m² sahədə, ümumi sahəsi 54 m² olan digər mənzilin 3 ədəd pəncərə çərçivəsi və içərisində 1 ədəd divan, binaya bitişik ümumi sahəsi 28 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Binanın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/841806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR