39 yaşlı rusiyalı alim koronavirusdan öldü

39 yaşlı rusiyalı alim koronavirusdan öldü
17:37 14 Aprel 2020
261 Dünya
Ölkə mətbuatı
A- A+

Koronavirus artıq elmə də böyük zərbələr vurmağa başlayıb. Belə ki, rusiyalı nüvə alimi Daniil Tlisov COVID-19-dan ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyası Nüvə Tədqiqatları İnstitutunun alimi, böyük adron sürətləndiricisi üzrə mütəxəssis, 39 yaşlı D.Tlisov martın 21-də Fransadan qayıdıb.

Aprelin 4-də o, özünü pis hiss edib və Moskvada xəstəxanaya yerləşdirilib. Koronavirus testi müsbət çıxan alimin vəziyyəti sonradan ağırlaşıb və o vəfat edib.

Qeyd edək ki, son məlumatlara görə, Rusiyada 21 102 koronavirusa yoluxma halı qeydə alınıb. Ümumilikdə, 170 nəfər ölüb, 1 694 nəfər sağalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR