Ruslardan əks-həmlə: Türk ordusu hücuma hazırlaşır - İdlibdə son durum

Ruslardan əks-həmlə: Türk ordusu hücuma hazırlaşır - İdlibdə son durum
17:47 14 Aprel 2020
267 Dünya
Ölkə mətbuatı
A- A+

Bir müddətlik sakitlikdən sonra Suriyada vəziyyət yenidən gərginləşib. Ötən həftənin sonlarından Raqqada atəş səsləri eşidilir.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rus mediası atəşkəsi Türkiyə tərəfindən dəstəklənən Azad Suriya Ordusunun pozduğunu iddia edir. Kürdlərin Suriya Demokratik Qüvvələri terror təşkilatının sahə komandiri Məhəmməd Hüseyn əl-Kanas həmin bölgədə güllələnib.

Bölgədə silahlı qruplaşmalarla Bəşər Əsəd ordusu arasında qarşıdurmaların davam etdiyi, hökumət qüvvələrinin bir zabitinin həlak olduğu bildirilib. "Afrin Qurtuluş Qüvvələri" adlı kürd terror təşkilatı isə Türkiyənin Şərava bölgəsindəki mövqelərinə hücuma keçib, ərazilərə tank əleyhinə raketlər atıblar.

Bölgədə vəziyyətin gərginləşməsindən sonra Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artırıb. Beləliklə İdlibdəki türk qüvvələrinin sayının 20 min nəfərə çatdığı bildirilib.

Türkiyənin həmləsinə cavab verən Bəşər Əsəd rejimi də, bölgə ətrafındakı mövqelərini gücləndirməyə, əraziyə əlavə qüvvələr cəmləməyə başlayıb. Zirehli texnikalar, döyüş sursatları və hava hücumundan müdafiə sistemləri cəlb olunub.

Koronavirus pandemiyasının münaqişə zonasından gərginliyi azaltmadığı, əksinə qarşıdurma səviyyəsinin getdikcə artdığı görünür. Beləliklə, Türkiyə Əsəd rejimi və kürd qüvvələrinin genişlənmə cəhlərinə cavab olaraq, əks-həmləyə keçib. İdlibdə 58 müşahidə postu olan Türkiyə M4 magistral yoluna nəzarəti ələ keçirmək üçün bölgədə əlavə istehkamlar qurub. Bununla Əsəd qüvvələrinin genişlənmək cəhdlərinin də qarşısı alınıb.

Suriyadakı Rusiya qüvvələri də, baş verən hərbi hərəkətlənməni sükut içində izləmir. Türkiyənin "Anadolu" agentliyinin məlumatına görə, rus hərbi texnikasının bir karvanı Raqqa əyalətinə girərək, Qamışlı qəsəbəsinə yola düşüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR