"Qarabağ" məyus oldu

"Qarabağ" məyus oldu
21:52 17 Yanvar 2015
140 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirib.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, baş məşqçi Qurban Qurbanov yetirmələrini Xorvatiya klubu ilə oyunda sınayıb.
 
Belə ki, "Qarabağ" "RNK Split"lə qarşılaşıb. Oyun xorvatların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın yeganə qoluna Namiq Ələsgərov imza atıb.
 
Qeyd edək ki, 1912-ci ildə yaradılan "RNK Split"ə İvan Matiç başçılıq edir. Komanda qış fasiləsinə turnir cədvəlinin 6-cı pilləsində yollanıb.
 
"Qarabağ" Antalyada daha 5 oyun keçirəcək. Ağdamlılar yanvarın 21-də "Sürix" (İsveçrə), 24-də "Levski" (Bolqarıstan), 27-də "Legiya" (Polşa), 29-da "Mordoviya" (Rusiya), 31-də "Tarqu Mureş"lə (Ruminiya) qarşılaşacaq.
 
Antalya
Yoxlama oyunu
17 yanvar
 
Qarabağ (Azərbaycan) - RNK Split (Xorvatiya) 1:3
Qol: Namiq Ələsgərov, 70.
Qarabağ (I hissə): Fərhad Vəliyev, İlqar Qurbanov, Şəhriyar Əliyev, Admir Teli, Elçin İsmayılov, Tərlan Quliyev, Fuad Məmmədzadə, Cavid Tağıyev, Ruslan Hacıyev, Tural Rzayev, Tural İsgəndərov.
Qarabağ (II hissə): İbrahim Şehiç, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Ansi Aqoli, Muarem Muarem, Hacı Əhmədov, Leroy Corc, Namiq Ələsgərov, Danilo Dias, Vüqar Nadirov.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov.
"Papillon" otelinin meydançası.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/51287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR