Çilidə həkimlərdən etiraz: “Maskaları yuyub yenidən istifadə edirik”

Çilidə həkimlərdən etiraz: “Maskaları yuyub yenidən istifadə edirik”
19:47 14 Aprel 2020
277 Dünya
Ölkə mətbuatı
A- A+

Çilidə həkimlər koronavirusa qarşı müdafiə vasitələrinin çatışmazlığı ilə əlaqədar etiraz aksiyası keçiriblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, maska çatışmazlığına görə onlar əllərində olan tibbi ləvazimatı yuyub yenidən istifadə etmək məcburiyyətində qalırlar.

"Birdəfəlik istifadə edilməli olan fərdi qoruyucu vasitələrə qənaət etmək məcburiyyətində qalırıq, onlardan təkrar-təkrar istifadə edirik, bunun isə mənası olmur", - deyə həkimlərin həmkarlar ittifaqının prezidenti Tomas Laqomarsino bildirib.

Son məlumatlara görə, ölkədə 7 525 nəfər koronavirusa yoluxub. Onlardan 2 367 nəfəri sağalıb, 82 nəfəri isə ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/842023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR