Avropa İttifaqı pandemiya ilə mübarizəyə 3,1 milyard ayırdı

Avropa İttifaqı 2020-ci il büdcəsində qalan pulların hamısını pandemiya ilə mübarizəyə ayırmaq qərarına gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

“Bu gün Şura COVID-19 böhranına reaksiya üçün vəsait ayırmaq məqsədilə Avropa İttifaqının 2020-ci il büdcəsini dəyişəcək iki təklifi yazılı şəkildə qəbul edib”, - deyə qurum bəyan edib.

Məlumata görə, dəyişikliklər nəzərə alınmaqla xərclərin həcmi 3,57 milyard avro artırılaraq 172,2 milyard avroya, büdcənin gəliri isə 1,6 milyard avro artırılaraq 155,2 milyard avroya çatdırılıb.

Bu düzəlişlər sayəsində Avropa İttifaqı 3,1 milyard avronu pandemiya ilə mübarizəyə ayırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR