YouTube koronavirusla bağlı qərarını dəyişdi

YouTube koronavirusla bağlı qərarını dəyişdi
20:47 14 Aprel 2020
166 Maraqlı
Ölkə mətbuatı
A- A+

YouTube rəsmiləri koronavirusla əlaqədar materialların paylaşılması ilə bağlı verilən qərarı dəyişiblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, platformaya koronavirus ilə bağlı video yükləndikdə kontentin gəlir gətirmə xüsusiyyəti avtomatik dayandırılırdı.

Artıq hər video diqqətlə təhlil ediləcək və problemsiz kontentlərə hansısa sanksiya tətbiq olunmayacaq.

Platformadan verilən məlumatda bildirilib ki, yüklənilən kontentin infeksiya ilə bağlı olaraq haqsız yerə blok edildiyi, yaxud sanksiya tətbiq olunduğu hal yaşanarsa, şikayət məktubu vasitəsilə məlumat verərək YouTube-un işinə kömək göstərmiş olarsınız.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/841109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR