Dünyanın ən yaxşı avtomobili adına namizədlər açıqlanıb

Dünyanın ən yaxşı avtomobili adına namizədlər açıqlanıb
21:05 14 Aprel 2020
Ölkə mətbuatı
A- A+

World Car of the Year müsabiqəsinin münsiflər heyəti bu ilki mükafat uğrunda mübarizə aparacaq finalçıların siyahısını açıqlayıb. Liderlər üçlüyündə iki Mazda modeli və Kia krossoveri yer alıb.

Dünyanın ən yaxşı avtomobil adına namizədlərin qısa siyahısına yeni Mazda3, kompakt Mazda CX-30 krossoveri və səkkizyerli Kia Telluride krossoveri daxildir. Finalçıların seçilməsində müxtəlif ölkələrdən olan 86 jurnalist iştirak edib.

"Ən yaxşı şəhər avtomobili" nominasiyasında qalibiyyət uğrunda elektriklə hərəkətə gələn Kia Soul və MINI Cooper, həmçinin yığcam Volkswagen T-Cross krossoveri mübarizə aparacaqlar. Ən yaxşı lüks avtomobili adını Mercedes-Benz EQC, Porsche 911 və ya Porsche Taycan ala bilər.

Məlum məsələdir ki, ən yaxşı avtomobil dizaynına görə də mükafat da veriləcəkdir. Münsiflər heyəti bu nominasiyadakı namizədlər siyahısına Mazda3, "Avropada ilin avtomobili" olan Peugeot 208 hetçebkini və Porsche Taycan elektromobilini daxil ediblər.

Dünyanın ilin ən yaxşı idman avtomobili adının sahibi demək olar ki, bəllidir - istənilən halda mükafat Porsche markasına kedəcək. Bu il namizədlər arasında yalnız Ştutqart markasının modelləri vardır: 718 Boxster Spyder/Cayman GT4, 911 və Taycan.

Qaliblər 8 apreldə keçirilməsi planlaşdırılan Nyu York avtosalonunda elan edilməlidirlər. Əgər Nyu York avtosalonunun bağlanmasına qərar verilsə, mərasimin finalı internetdə onlayn göstəriləcəkdir. Ötən il bu müsabiqənin qalibi Jaguar I-Pace krossoveri olub. 2018-ci ildə birinci yeri Volvo XC60, ondan əvvəl isə Jaguar F-Pace və Mazda MX-5 olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/833722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR