“Koronaviruslu xəstələrdə qəribə hallar müşahidə edirik” - Təcili tibbi yardım həkimindən ETİRAFLAR

“Koronaviruslu xəstələrdə qəribə hallar müşahidə edirik” - Təcili tibbi yardım həkimindən ETİRAFLAR
21:12 14 Aprel 2020
191 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Bəzən dünən yoxlayıb, heç bir simptom görmədiyimiz xəstədə sabahı ağır dərəcəli zökəm və hətta pnevmoniya başlayırdı"
Bu sözləri Rusiyanın Sırtıkvara əyalətinin təcili tibbi yardım həkimi Yekaterina Spiryagiya deyib.
Medicina.az xəbər verir ki, həkim 15 gündür ki, xüsusi kimyəvi qoruyucu kostyum və respiratorla çağırışlara gedir. İndi o, hərbi geyim geyinir. Çünki birdəfəlik kostyumlar tez bitir. Yehaterina tibbi respirator əvəzinə əleyhqaz geyinməyə məcburdur.

Həkim xəstələri necə təyin etdiklərini, çağırışlara niyə gecikdiklərini və xəstələrdə müşahidə etdiklərini bölüşüb:

" Bizim regionda virus şəhər xəstəxanasından yayıldı. İnfeksiyanı orda dərhal aşkarlamadılar, xəstəliyin inkubasion dövrü o qədər gizli və uzundur ki, həkimlər belə şübhələnmədilər. O vaxta qədər çox xəstə o xəstəxanadan evə buraxılmışdı və o adamlar da şəhərdə başqa insanlarla təmasda olmuşdular. Klinikada tibb işçiləri də yoluxub daşıyıcıya çevrilmişdilər. Regionda çox sakitlik, arxayınlıq var idi. İlk infeksiya daşıyıcı pasiyenti test etdikdən sonra çox adam analiz verdi. Amma nəticələri gözləyənə kimi, potensial yoluxdurucular bütün şəhərə virusu yaydılar. Bəzilərində birinci yox, ikinci analizdə cavab doğru çıxdı. Beləcə, vəziyyət nəzarətdən çıxdı.

İndi 300 min əhalisi olan şəhərcikdə 250 yoluxma var, böyük görünməyə bilər, amma bu kiçik şəhərcik üçün dəhşətli ola bilər. Həmin virus çıxan xəstəxana bağlanıb. 2 çoxprofilli xəstəxanamız var, xəstələri o stasionarlara aparırıq".

Həkim insanların vacib olmayan, ən xırda şübhələr olanda belə təşvişlə təcili yardım çağırışı etdiyini və indi bir çağırışa daha çox vaxt ayırdıqlarını deyib. Çünki indi hər evə girib çıxdıqdan sonra geyimlər dəyişir, maşın dezinfeksiya olunur.

"İnsanlar hətta qohumu, qonşusu ilə təmasdan sonra da təcilə yardıma zəng edir. Elə bilirlər ki,şübhəli bir adamla ünsiyyətdən dərhal virus qapacaqlar.

Bəzən evdən çıxırıq, binanın qarşısında qonşular bizi gözləyir. Suallar verirlər: kimdə virus var, kimi aparırsız, indi bloku dezinfeksiya etmək lazımdırmı?

Biz evdə test etmirik. Bunu elan etmişik, amma yenə də insanlar təəccüblənir. Bəs analiz götürməyəcəksiz. Sizi buna görə çağırdım axı. İzah edirik ki, test götürməyə şübhə, simptom yoxdur. Yox əgər kiminləsə ünsiyyətdə olmusuzsa, evdə qalıb, 15 gün özünüzü izləyin.

Ona görə vaxtımız çox gedir, saatlarla yollarda, evlərdə oluruq.

Amma olub ki, dünən gedib heç bir simtpom görmədiyimiz pasiyenti sabahı ağır ağciyər əlamətləri ilə aşkarlamışıq. Biz hər kəsi xəstəxanaya daşıya bilmərik, test üçün də imkan yoxdur. Amma xəstələr bizi də günahlandırmasınlar. Virus həqiqətən özünü qəribə aparır"

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/842037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR