Smartfonu koronavirusdan necə qorumaq olar?

Smartfonu koronavirusdan necə qorumaq olar?
22:47 14 Aprel 2020
190 Maraqlı
Ölkə mətbuatı
A- A+

Smartfonların üzərində hər zaman çoxlu bakteriya olur. Bu viruslar arasında koronavirusa da rast gəlinə bilər.

"Kaspersky" şirkəti smartfonları nə ilə və necə düzgün dezinfeksiya etmək barədə məlumat yayıb.

Cihazı COVID-19 koronavirusundan necə qorumaq olar? Smartfonu spirt və ya xlorheksidin (antiseptik və bakterisid maddə) ilə silməyə dəyərmi?

Şirkət mütəxəssisləri bildiriblər ki, hazırkı koronavirus pandemiyası, deyəsən, artıq insanları ictimai yerləri ziyarət etdikdən sonra əllərini yumağa və üzlərinə daha az toxunmağa vərdiş etməyi öyrədib: "Ancaq hələ də hamı daha bir faydalı vərdişə - öz cihazlarını, xüsusən, gündə yüz dəfə əlimizə aldığımız və tez-tez üzümüzə toxundurduğumuz cihazları dezinfeksiya etmək vərdişinə yiyələnməyib. Telefonu niyə dezinfeksiya etmək lazımdır? İlk olaraq unutmayaq ki, koronavirusun otaq temperaturu şəraitində metal, şüşə, keramika və plastik materiallar üzərində öz yoluxma gücünü saxlamaqla yaşama müddəti bir neçə gün təşkil edir. Virus telefona iki yolla keçə bilər - yoluxmuş insanın öskürəyindən ayrılan kiçik damcılarla və ya əvvəllər qapı tutacaqları, lift düymələri və digər səthlərə toxundurduğunuz əllərinizlə. Əgər telefonunuzu başqa insanlara verməsəniz (vermirsiniz, elədir?) və hamı cihazınıza öskürməsə, havadan yoluxma ehtimalınız azdır. Əllə yoluxma əlaqədə qaldığınız müddətdən asılıdır və bu müddət müxtəlif mikroorqanizmlər üçün fərqlidir - koronavirusun yoluxma müddətti haqda etibarlı məlumatlar hələ də mövcud deyil. Buna görə də, virusun daha əvvəl başqa bir şeylə təmasda olan yuyulmamış əllərinizin dəydiyi smartfon vasitəsi ilə ötürülə biləcəyini düşünmək daha məntiqlidir. Xüsusilə telefona yalnız əllərimizlə deyil, həm də, danışarkən üzümüzlə toxunduğumuz üçün, bu riski gözə almaq olmaz. Ümumiyyətlə, telefonu mütəmadi olaraq, hətta hər evə qayıtdığımızda dezinfeksiya etmək daha yaxşıdır".

Smartfonu koronavirusdan necə qorumaq olar?

Ekspertlərin fikrincə, məişətdə daha geniş yayılmış məhsullardan etil spiti (C2H5OH) və izopropil spirti (C3H7OH), həmçinin perekis (H2O2) və hipoklorit (NaClO) koronavirusla mübarizə üçün daha effektivdir.

Smartfonu dezinfeksiya etməyin alternativ variantları haqqında danışan mütəxəssislər vurğulayıblar ki, kimyəvi dezinfeksiya sizə uyğun deyilsə, başqa seçimlər də var: "Məsələn, ultrabənövşəyi dezinfeksiya aparatları. Və ya telefonu hermetik polietilen torbaya qoymaq və hər dəfə çölə çıxdıqdan sonra həmin paketi atmaq (virus polietilendə uzun müddət də yaşaya bilər). Belə bir üsul çox dəbli olmasa da, istifadə etmək ziyan gətirməz. Ən radikal üsul, telefonu ictimai yerlərdə mümkün qədər az istifadə etməyə çalışmaqdır. Bu, eyni zamanda rəqəmsal-detoksa kömək edir və ümumiyyətlə, zərərli deyil. Əlbəttə ki, evdən çöldə sizinlə birgə gəzişən digər cihaz və əşyalar - planşetlər, noutbuklar, ağıllı saatlar və ya bilərziklər, qulaqcıqları da unutmaq olmaz. Hər ehtimala qarşı, istehsalçının veb-saytı və ya təlimat kitabçasından və ya birbaşa özündən hansı maddələrin dezinfeksiya üçün daha uyğun olduğunu və onlardan cihazın qorunması üçün necə istifadə edə biləcəyinizi dəqiqləşdirməyə dəyər".

Mütəxəssislər smartfon istifadəçilərinə dezinfeksiyası üçün tövsiyələrini də veriblər: "Smartfonunuzu silməzdən əvvəl istifadə edəcəyiniz məhsulun tərkibini araşdırın. Etil spirti və ya perekisin istifadəsindən çəkinin, onlar ekranın oleofobik (barmaq izi saxlamayan xüsusi örtük) örtüyunə zərər verə bilər. İzopropil spirti smartfonunuzu silmək üçün ən uyğun maddədir. Optimal konsentrasiyası 70-80%-dir. Hər dəfə çöldən qayıtdıqdan sonra smartfonunuzu silmək tövsiyə olunur".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/841111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR