Ceyhun Bayramov: Tədris müddətinin dayandırılması uzanarsa, bu həftə ərzində məlumat veriləcək

Ceyhun Bayramov: Tədris müddətinin dayandırılması uzanarsa, bu həftə ərzində məlumat veriləcək
23:22 14 Aprel 2020
232 Ölkə
Ölkə mətbuatı
A- A+

Düşünürəm ki, təhsil müəssisələrində tədris müddətinin dayandırılmasının uzadılması barədə qərar qəbul olunarsa, Azərbaycan ictimaiyyətinə bu həftə ərzində bununla bağlı məlumat veriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

C.Bayramov deyib ki, təhsil müəssisələrində tədrisin bərpa olunması gün ərzində 2 milyona yaxın insanın hərəkət etməsi deməkdir:

"Ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycanda ilk koronavirus faktı aşkar olunandan bir neçə gün sonra bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması barədə qərar verildi. Azərbaycan bu baxımdan ilk ölkələrdən biri oldu. Azərbaycanda həyata keçirilən çox çevik tədbirlər nəticəsində ölkəmizdəki sanitar-epidemioloji vəziyyətə tam nəzarət edilir. Biz eyni zamanda fərqli ssenarilər də görmüşük. İnkişaf etmiş ölkələrdə pandemiyanın 2-3 həftə ərzində səhiyyə sistemini çökdürdüyünü gördük. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah bütün riskləri nəzərə alaraq, sanitar-epidemioloji vəziyyətdən asılı olaraq, qərar qəbul edəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/842069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR