Fransada koronavirusa yoluxma hallarının sayı 100 mini keçdi

Fransada koronavirusa yoluxma hallarının sayı 100 mini keçdi
08:17 15 Aprel 2020
225 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada koronavirus ilə yoluxma hallarının sayı 100 mini keçdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransa Baş Səhiyyə İdarəsinin direktoru Jerom Salomon bildirib.

J.Salomon əlavə edib ki, yoluxma hallarının sayı 103 573-ə yüksəlib:

"Ölüm hallarına gəldikdə, epidemiyanın başlamasından bəri xəstəxanalarda 10129 nəfər ölüb, 82%-dən çoxu 70 yaşdan yuxarı insanlardır. 5 600 nəfər qocalar evlərində və digər tibbi, sosial müəssisələrdə ölüb".

Beləliklə, həlak olanların sayı 15 729 nəfər təşkil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/842075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR