Bakıda iki nəfər dəm qazından boğulub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Gəncə Prospekti ev 34, mənzil 4-də baş verib.
Həmin ünvanda kirayəşin kimi yaşayan, Qax rayon sakinləri 1992-ci il təvəllüdlü Aygün Mustafazadə və bacısı 1993-cü il təvəllüdlü Aytən Mustafazadə dəm qazından zəhərləniblər. Mənzildə onların meyitləri aşkar edilib.
Məlumata görə, hər iki qız Bakıda fəaliyyət göstərən "Food İNİ" reklam şirkətində çalışıblar.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az