"Ağ Ev" sözcü yardımçısı Cud Dire yayımladığı yazılı açıqlamada ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makronun bu gün telefonla danışdıqlarını bildirib.
Metbuat.az xəbər verir ki, danışıq zamanı yeni növ koronavirus ilə mübarizə və dünya iqtisadiyyatının yenidən fəaliyyətə keçməsi müzakirə edilib, həmçinin telekonfrans yolu ilə keçirilməsi planlanan G7 zirvəsi də danışılıb.
Həmçinin söhbəti zamanı Tramp və Makronun ikili münasibətlər və bölgə haqqında danışdıqları qeyd edilib.
Mənbə: HaberGlobal