Zelenski Çernobılda baş verən meşə yanğınından danışdı

Ukrayna prezidenti Vladimir Zelenski yayımladığı görüntüdə Çernobıl bölgəsindəki meşədə 4 apreldə başlayan yanğınla bağlı danışıb.

Metbuat.az xəbər verir ki, ötən günlərdə 6 yanğış nöqtəsinin söndürüldüyünü bildirən Zelenski Çernobıl nüvə stansiyası, radioaktiv tullantı deposu və digər kritik obyektlər üçün yanğının bir təhdid təşkil etmədiyini qeyd edib. Xalqdan panikaya düşməmələrini istəyən Zelenski əlavə edib:

"1986-cı ildə verilən dərsi xatırlayırıq. Heç kim həqiqəti sizdən gizlətməyəcək. Həqiqət budur ki, orada vəziyyət nəzarət altındadır".

Mənbə: HaberGlobal


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR