Gürcüstan Prezidenti dəstək üçün Azərbaycana təşəkkür etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili həmrəyliyə görə Azərbaycan Prezidentinə və xalqına təşəkkürünü bildirib.

Metbuat.az xəbər verir ki, o, öz "Twitter" səhifəsində Heydər Əliyev Mərkəzinin Gürcüstan bayrağının rənglərində işıqlandırılmasına görə minnətdarlıq edib.

S.Zurabişvili yazıb:

"Bu gün Heydər Əliyev Mərkəzi Gürcüstan bayrağının rənglərində işıqlandırılıb. Azərbaycan Prezidentinə dəstəyə görə təşəkkürümü bildiririəm. Bu, Azərbaycan xalqının ən yaxşı həmrəylik addımlarından biridir. Biz birlikdə güclüyük!"

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 14-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Gürcüstan Respublikasının bayrağı videoproyeksiya olunub.

Aprelin 3-dən başlayaraq virusdan zərər çəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla da Heydər Əliyev Mərkəzi "COVID-19" un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya və Amerka Birləşmiş Ştatlarının bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR