Karantindən sonra kirayə mənzillərdə qiymətlər yüksələcəkmi? - EKSPERTDƏN AÇIQLAMA

Koronavirus pandemiyası yayıldıgı gündən ölkənin daşınmaz əmlak sahəsində ciddi sükut baş verdi. Xüsusən kirayə mənzillər və bu mənzillərdə kirayə qalan vətəndaşlar ciddi problemlərlə üz üzə qaldılar.

Paytaxtda kirayədə yaşayan rayon qeydiyyatında olan vətəndaşların qeydiyyatda olduqları bölgələrə qayıtması xeyli kirayəlik mənzillərin boş qalmasına səbəb oldu.

Metbuat.az xəbər verir ki, əksər iş yerlərinin baglı olması səbəbi ilə də yüzlərlə günəmuzd işləyən və kirayədə yaşayan sakinlər kirayə pullarını ödəməkdə ciddi cətinliklər yaşayacagı artıq qaçılmazdır. Bəs karantin müddəti bitdikdən sonra kirayə mənzil bazarında nə baş verəcək? Qiymətlər yüksələcək yoxsa aşağı düşəcək?

Ölkədəki mənzil bazarındakı son durumu dəyərləndirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Metbuat.az-a müsahibəsində bildirdi ki, karantin müddəti bitdikdən sonra kirayə mənzillərin qiymətinin yüksələcəyi gözlənilmir.

''Çünki kirayə mənzillərdə qalan şəxslərin əksəriyyəti tələbələrdir. Böyük ehtimal Ali təhsil müəsissələrində dərslər sentyabr ayından başlayacaq və kirayə mənzillərin də əksəriyyəti bu müddətdə boş qalacaq. Bundan başqa muzdlu işləyən, rayon qeydiyyatında olan əhalinin bir qismi artıq öz şəxsi təsərüfatlarını qurmağa çalışırlar. Çünkü onlar bilirlər ki, karantin müddəti bitdikdən sonra, şəhərə qayıdıb iş tapmaq çətin olacaq. Artıq karantin müddətində əksər iş mərkəzləri dayanıb. Həmin iş yerlərinin əvvəlki vəziyyətlərinə qayıtması üçün müəyyən vaxt lazımdır. O baxımdan sentyabr ayına kimi kirayə mənzil bazarında durğunluğun olması gözlənilir. Yalnız bunun qarşısını dövlət səviyyəsində almaq olar. Pilot layihələr çərçivəsində köhnə binalar sökülüb yeniləri ilə əvəz olunması prosesi başlayarsa bu zaman kirayə mənzil bazarında vəziyyət stabilləşər və hətta qiymətlərdə artım da müşahidə edilə bilər.''

Bəs yeni tikili və tikilməkdə olan binalarda satış qiymətlərinin enməsi gözlənilirmi?

''Xüsusəndə yeni tikili binalarda və tikilməkdə olan binalarda satış qiymətlərinin enməsi gözlənilmir. İlkin mənzil bazarında mənzillərin maya dəyəri çox bahadır. Buna səbəb amillərdən biri də Bakı şəhəri ərazisində torpaq sahələrinin az olmasıdır. Yeni tikili binaların inşası üçün tələb olunan torpaq sahələrinin məhdud və qiymətlərinin baha olması mənzil bazarında satış qiymətlərinin yüksək olmasına və karantin müddətində qiymətlərin aşağı düşməyəcəyini xəbər verir.''

Elnur Fərzəliyev bildirdi ki, koronavirus səbəbindən digər ölkələrdə də vəziyyət eynidir.

''Tikinti materiallarının əksəriyyəti xarici ölkələrdən gəlir. O məhsulların qiymətində də bahalaşma müşahidə ediləcək. Hazırda Azərbaycana tikinti materialları əsasən xarici ölkələrdən gətirilir. Bütün bu sadaladıqlarım ilkin mənzil bazarında qiymətlərin yüksək olmasına səbəb olacaq. Bu vəziyyətin tez düzəlməsi də üçün karantin müddətinin tez bitməsi lazımdır.''

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR