Azərbaycanda keçmiş rektor vəfat etdi -

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının keçmiş rektoru Ramiz Məmmədov dünyasını dəyişib.

Metbuat.az report-a istinadən xəbər verir ki, R.Məmmədovun ötən gecə öldüyü bildirilir.

Qeyd edək ki, R.Məmmədov 2000-ci ildən 2013-cü ilədək Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının rektoru olub. O, 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub və filial ləğv edilib. Yoxlamalar nəticəsində bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (külli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR