Rusiya da Azərbaycanın tətbiq etdiyi bu qaydaya keçdi

Rusiya da Azərbaycanın tətbiq etdiyi bu qaydaya keçdi
15:58 15 Aprel 2020
118 Digər
Ölkə mətbuatı
A- A+

Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Rusiyanın paytaxtı Moskvada icazə ilə küçəyə çıxma qaydası qüvvəyə minib.

Publika.az xəbər verir ki, SMS, mobil telefon və internet vasitəsilə vətəndaşlara paylanan xüsusi kod sayəsində hərəkət təmin olunur.

Lakin səhər saatlarından etibarən tətbiq edilən bu qayda metro girişləri və yollarda sosial məsafənin pozulmasına, tıxaca gətirib çıxarıb.

Sakinlər uzun müddət gözləməyə məcbur olduğu üçün qaydaya sərt reaksiya göstərib.

Rus müxalif Aleksey Navalnı metroda qayda səbəbilə yaranan uzun növbələrin fotolarını paylaşıb. O, iddia edib ki, hökumət işçi qüvvəsinin qələbəlik yaratmasını təmin edərək virusun daha çox yayılmasını planlaşdırır.

Moskva meri Sergey Sobyanin isə Daxili İşlər Nazirliyinə zəng edərək nəzarətin qələbəliyə yol açmayacaq formada təşkil edilməsini istəyib. O bildirib ki, gələcəkdə bu iş avtomatikləşdiriləcək.

Qayda çərçivəsində işləyənlər ayın sonuna qədər icazəli olacaq. Təcili ehtiyacı olan şəxslər isə həftədə 2 dəfə 1 gediş-gəliş olmaqla, küçəyə çıxa biləcək. Şəxsi avtomobillər üçün də icazə almaq lazımdır.

Qeyd edək ki, sözügedən qayda 5 aprel tarixindən etibarən Azərbaycanda tətbiq olunur.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/310867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR