Tanınmış həkim "korona" barədə: “Bu hadisələr mənə çılpaq kralın nağılını xatırladır”

Tanınmış həkim "korona" barədə: “Bu hadisələr mənə çılpaq kralın nağılını xatırladır”
16:22 15 Aprel 2020
270 Dünya
Ölkə mətbuatı
A- A+

Alman pulmonoloq, Avropa Şurası Parlament Assambleyasının səhiyyə komitəsinin keçmiş sədri Volfqanq Bodarq koronavirus pandemiyası ətrafında yaranmış vəziyyətin aydın olmadığını söyləyib.

Milli.Az xəbər verir ki, tanınmış həkim epidemiya ilə mübarizə tədbirləri barədə qərarların, əsasən, tibbi deyil, siyasi səbəblərə görə verildiyini hesab edir. O, bu barədə yerli mətbuata verdiyi açıqlamada danışıb:

"Əhəmiyyətli rol oynamaq və təşkilatları üçün pul qazanmaq istəyən elm adamları siyasətçiləri dəstəkləməyə çalışır. Bu cür elm adamları, sadəcə, axınla gedir və onun bir hissəsi olmaq istəyirlər... Bu, həqiqətən, yeni bir şeydir? Çatmayan budur. Bu, mənə çılpaq kralın nağılını xatırladır. Çünki yalnız bir uşaq "Bax, o çılpaqdır!" deməyə cürət edir. Qalan hər kəs bu oyuna qoşulub. Sual yaranır ki, bu virusun təhlükəli olduğunu haradan bildiniz? Əvvəllər necə idi? Keçən il belə deyildimi? İndi rasional fikir çatışmazlığı var"./Publika.az 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/842199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR