Koronavirusun yeni əlaməti tapıldı, alimlər XƏBƏRDARLIQ ETDİ: Əsasən uşaq və gənclərdə görülür

İspaniyadakı həkimlər ayaqlardakı göyərmə və yaraların yeni növ koronavirusun yeni əlamətləri olabiləcəyindən şübhələnirlər.

Metbuat.az xəbər verir ki, bu barədə ingilis "Daily Mail" qəzeti məlumat yayımlayıb. Ayaqlardakı göyərmə və suçiçəyi bənzəri yaraları olan xəstələrin koronavirus testlərinin pozitiv çıxdığı müşahidə edilib. Mütəxəssislər bu əlamətin əsasən uşaq və gənclərdə görüldüyünü deyiblər. Bir İtaliya xəstəxanasında isə hər beş xəstədən birində bədəndə yaralar görülüb.

İspaniyada "Ayaq Xəstəlikləri Mütəxəssisləri" qurumu bu yeni əlaməti açıqlayan bir hesabat yayımlayıblar. Hesabatda yeni simptom kiçik qan damarlarının iltihabından qaynaqlanan suçiçəyi bənzəri göy ləkələr olaraq ifadə edilib. Yaraların yetkin insanlarda görüldüyü qeyd edilsə də, əsasən uşaq və gənclərdə müşahidə edildiyi bildirilib. Əsasən uşaqlarda bu cür ləkələr müşahidə edildiyi halda onların karantinə alınmalarını tövsiyə ediblər.

İtaliyada 13 yaşlı bir uşaqda bu əlamətlər ilk dəfə müşahidə edilib. Lakin həkimlər bunun başqa bir xəstəlik olduğunu sanıb onu 8 martda evə göndəriblər. Lakin xəstə iki gün sonra hərarət, əzələ ağrısı, baş ağrısı və ayaqlarda qaşıntı ilə xəstəxanaya geri gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR