Ağsuda avtomobil 5 yaşlı uşağı vurub öldürdü

Ağsu rayonu ərazisində “VAZ-21074” markalı avtomobillə yolu keçən 5 yaşlı G.Əsədova vurulub.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 14-də saat 17 radələrində Ağsu rayonunun Cəfərli kəndi ərazisində kənd sakini E.Qiyasov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi 5 yaşlı Gülər Əsədovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Ağsu RPŞ tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR