Azərbaycan Gürcüstana maska istehsalı üçün xammal tədarük edib

Azərbaycan Gürcüstana maska istehsalı üçün xammal tədarük edib
16:52 15 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Gürcüstan Xarici İşlər Nazirliyi və Gürcüstanın Azərbaycandakı səfirliyinin iştirakı ilə Qurumlararası Koordinasiya Şurasının sərəncamı əsasında Azərbaycandan Gürcüstana tibbi məqsədlərlə 500 min metr cuna parçası çatdırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ümumilikdə Azərbaycandan Gürcüstana 1,65 milyon metr cuna ixrac edilib.

Bundan başqa, Azərbaycan hökumətinin köməyi və "AZAL" aviaşirkətinin iştirakı ilə Çindən Gürcüstana xüsusi tibb avadanlığı çatdırılıb.

Qeyd edək ki, bu günədək Gürcüstanda 306 nəfər koronavirusa yoluxub, 3 nəfər həyatını itirib. Ölkədə fövqəladə vəziyyət elan edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/842315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR