"DİN-in 21:00-la bağlı tövsiyəsi düzgün anlaşılmayıb"

“Daxili İşlər Nazirliyinin saat 21:00-dan sonra evdən çıxmamaq tövsiyəsi yanlış şərh olunub”.

Metbuat.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

O bildirib ki, komendant saatının tətbiq edilməsi gündəmdə deyil: “ Bu gün belə bir məsələ yoxdur. Tövsiyə ilə qadağanı qarışdırmayın. Biz də əhaliyə tövsiyə edirik ki, zərurət olmadıqca evdə qalsınlar.

DİN-in bu tövsiyəsi icazələrdən sui-istifadə edən şəxslərə nəzərən verilib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR