Koronavirusdan "sağalan" xəstə VƏFAT ETDİ

Koronavirusdan "sağalan" xəstə VƏFAT ETDİ
19:47 15 Aprel 2020
293 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərədə koronavirusdan 48 yaşlı kişi vəfat etdi. Bu barədə Daily Mail xəbər verir.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, faciə İngiltərənin Hampshire ştatının Portsmut şəhərində baş verib. Futbol məşqçisi Dom Merriks, koronavirus əlamətlərindən şübhələndikdən sonra iki həftə karantində qalıb.  Bir müddətdən sonra  o, sağalmağa başladığını düşünüb. Ancaq onun vəziyyəti anidən pisləşib. Nəfəs almaqda çətinlik çəkən məşqçi qızından pəncərəni açmağı xahiş edib. Elə bu vaxt o, huşunu itirərək yerə yıxılıb.  Hadisə yerinə gələn həkimlərin səylərinə baxmayaraq, xəstə vəfat edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/842299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR