“Google”un fəaliyyətində fasilə yaranıb

“Google”un fəaliyyətində fasilə yaranıb
19:47 15 Aprel 2020
186 Digər
Ölkə mətbuatı
A- A+

“Google”un servisləri bu gün bir sıra ölkələrdə qəfildən dayanıb.
“Report” “Down Detector”a istinadən xəbər verir ki, “Google”un axtarış sistemində, “Gmail” e-mail xidmətində, “YouTube” video hostinqində nasazlıqlar baş verib.
Əsas saytın istifadəçilərinin 54 faizi öz akauntuna daxil ola bilməyib, 45 faizinin e-mail ünvanı işləməyib. “YouTube”də videokliplərin göstərməməsi barədə bir çox müraciətlər var. “Gmail” istifadəçiləri akauntlarına daxil olmaqda, xəbərlərin qəbulunda, bütövlükdə sayta baxmaqda problemlərlə üzləşib.
Müxtəlif nasazlıqlarla bağlı şikayətlər ən çox ABŞ, Yaponiya, Böyük Britaniya, Niderland və Avropanın bir sıra başqa ölkələrindəki istifadəçilərdən gəlir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/google-un-fealiyyetinde-fasile-yaranib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR