Apple ilin ilk smartfonunu təqdim etdi - iPhone SE

Apple 2020-ci ildə ilk smartfonunu - iPhone SE modelini təqdim edib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, aparat iPhone 8-in dizaynına malikdir: 4,7 dyümlük Retina ekran, Touch İD sensor düymə və ekranın horizontal çərçivəsi.

Smartfonun 12 meqapiksel kamerası var. Telefonun yaddaş gücü 64 Gbaytdır. Ağ, qara, qırmızı rəngləri istehsal olunub. Cihaz iOS 13-lə təchiz edilib və çıxarılmayan batareyaya malikdir.

Smartfon aprelin 24-dən satışa təqdim olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR