Axtarışda olan keçmiş məhkum narkotiklə tutuldu

Axtarışda olan keçmiş məhkum narkotiklə tutuldu
22:42 15 Aprel 2020
227 Ölkə
Ölkə mətbuatı
A- A+

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini D.Balaşov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş D.Balaşov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 480 qram marixuana aşkar edilərək götürülüb.

Araşdırmalarla D.Balaşovun borclu şəxs qismində axtarışda olması da müəyyən edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/842398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR