Tanınmış fotoqraf yardım aksiyasına start verdi

Tanınmış fotoqraf yardım aksiyasına start verdi
00:18 16 Aprel 2020
243 Ölkə
Ölkə mətbuatı
A- A+

Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi və 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasının qadağan olunması ilə əlaqədar bir qrup könüllü gənc yardım göstərməyə start verir.

Publika.az xəbər verir ki, bu barədə “Yeni Gündəm”ə aksiyanın təşkilatçısı fotoqraf Valeh Arifoğlu məlumat verib.

Bildirilir ki,könüllülər Bakı şəhərində və Bölgələrdə yaşı 65-dən yuxarı olan tənha şəxslərə və imkansız ailələrə evdə olduqları müddətdə gündəlik tələbatları ilə bağlı bu və ya digər zəruri ərzaq və avadanlıqların, dərman vasitələrinin alınması, müxtəlif ödənişlərin edilməsi kimi xidmətlər göstərirlər.

Cənab prezidentin qeyd etdiyi kimi “Həssas təbəqənin qorunması – hesab edirəm ki, indiki şəraitdə ən vacib məsələdir. Biz onlara sahib çıxmalıyıq, onlara dəstək verməliyik, onlara kömək göstərməliyik”.

Qeyd edək ki,aksiya tanınmış fotoqraf Valeh Arifoğlunun təşkilatçılığı ilə start verilib.

Bu xidmətə qoşularaq,yardıma dəstək olmaq istəyən şəxslər Valeh Arifoğlunun facebook və instaqram səhifəsi ilə əlaqə saxlaya bilərlər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/310914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR