“Baku Fires” italyanları məğlub etdi

“Baku Fires” italyanları məğlub etdi
22:05 17 Yanvar 2015
97 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün 17-də Azərbaycanın “Baku Fires” boks komandası Ümumdünya Boks Seriyasının (WSB) yeni mövsümünün ilk qarşılaşmasına çıxıb.
 
Milli.Az APA-ya istinadən bildirir ki, Quba Olimpiya Kompleksində keçirilən ev qarşılaşmasında komandamızın rəqibi İtaliyanın “İtalia Thunder” kollektivi olub.
 
“Baku Fires” klubunda yalnız 49 kiloqram çəki dərəcəsində çıxış edən boksçusu Məhəmməd İbiyev rəqibi London Olimpiadalarının bürünc mükafatçısı Patrik Barns Pekinə məğlub olub. Komandamızın digər üzvləri 56 kiloqramda təmsilçimiz Məhəmməd Qurbanov Maykl Konlanı, Heybətulla Hacəliyev (64 kq) “İtalia Thunder”in tanınmış üzvü Vinçenzo Mangiakapri, 75 kiloqramda çıxış edən təmsilçimiz Nikolay Veselov Salvatore Kavallaroyu, Əbdülqədir Abdullayev (91 kq) Fabio Turçini məğlub edib.
 
Ümumdünya Dünya Boks Seriyasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparacaq. Azərbaycan komandası B qrupunda “İtalia Thunder”lə yanaşı, “Astana Arlans”, “Argentina Condors”, “Caciques Venezuela”, “Puerto Rico Hurricanes”, “Rafako Hussars Poland” və "USA Knockouts" klubları ilə gücünü sınayacaq.
 
A qrupunda isə Əlcəzair, Böyük Britaniya, Çin, Kuba, Meksika, Mərakeş, Rusiya və Ukrayna klubları yarışacaqlar.
 
Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya Oyunlarına lisenziyaların verilməsidir. WSB liqasında uğurlu çıxış edən 17 boksçu mövsümün sonunda 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
 
“Baku Fires” ötən mövsüm Dünya Boks Seriyasında yalnız finalda “Cuba Domaderos” klubuna uduzaraq, 2-ci yerə layiq görülüb.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/50648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR