Bakıda tələbə qız faciəli şəkildə öldü

Bakıda tələbə qız faciəli şəkildə öldü
10:03 16 Aprel 2020
252 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbinin 3-cü kurs tələbəsi Nilgün Məhərrəmova yaşadığı mənzilin eyvanından yıxılaraq dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rəsmi feysbuk səhifəsində məlumat yayılıb.

Bakı Ali Neft Məktəbinin rektoru bu barədə nekroloq yayıb.

"Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Nilgün Məhərrəmovanın bədbəxt hadisə nəticəsində dünyasını dəyişməsi məni dərindən sarsıtdı. O, təhsil aldığı müddətdə olduqca nizam-intizamlı tələbələrdən olmuş, müəllim və tələbə yoldaşlarının hörmət və ehtiramını qazanmışdı. Onun vaxtsız vəfatından dərindən kədərlənir, Bakı Ali Neft Məktəbinin rəhbərliyi, kollektivi, müəllim və tələbə heyəti adından valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!"

Bildirilib ki, Nilgün 682 balla universitetə daxil olub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/310930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR