"Ermənistanın qondarma “seçkilər”i yenə də nəticəsiz qaldı"

"Ermənistanın qondarma “seçkilər”i yenə də nəticəsiz qaldı"
10:52 16 Aprel 2020
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirdiyi qondarma "seçkilər" həmişə olduğu kimi yenə də nəticəsiz qaldı.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, həmişə olduğu kimi, bu dəfə də heç bir aparıcı beynəlxalq təşkilat bu qondarma "seçkilər"i tanımadı:

"Əvvəllər onlar rüşvət və yaxud hansısa digər vasitələrlə ələ aldıqları digər ölkələrin deputatlarını ora gətirirdilər, "seçkilər"in tanınması üçün addımlar atmağa çalışırdılar. Bu il isə onlar heç kəsi dəvət edə bilmədi və qondarma "seçkilər" kifayət qədər sönük keçdi".

Deputat bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu qondarma "seçkilər"lə hakimiyyətə öz adamlarını gətirmək istəyirdi:

"Paşinyan daim həmin əraziləri tam nəzarətində saxlamaq istəyir. Orada olan səhra komandirlərindən və Qarabağ klanından qorxur. Paşinyanın qorxusunun səbəbi sabah insanlar arasında yarana biləcək hər hansı etirazın həmin şəxslər tərəfindən dəstəklənməsidir. Belə olduğu halda, o özü də çətin vəziyyətə düşə bilər. Bundan əlavə, o, səhra komandirləri və Qarabağ klanının terror aktlarından da çəkinir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/842474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR