"TƏBİB-də Xaricdə İşləyən Həkimlər İş şöbəsi yaradılıb"

"TƏBİB-də Xaricdə İşləyən Həkimlər İş şöbəsi yaradılıb"
12:17 16 Aprel 2020
217 Ölkə
Ölkə mətbuatı
A- A+

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) Xaricdə İşləyən Həkimlər İş şöbəsi yaradılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu TƏBİB sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, TƏBİB keçən ilin dekabr ayında Türkiyədəki həkimlərlə görüş keçirib:

"Xaricdəki azərbaycanlı həkimlər təşkilatlanırlar. Almaniya, ABŞ və Rusiyada da fəaliyyət göstərən azərbaycanlı həkimlər dərnəklər qurublar. Bu günlərdə ABŞ-da çalışan azərbaycanlı həkimlərin bizə müraciəti olub. Dövlətin də əsas məqsədi xaricdəki azərbaycanlı həkimlərin ölkəmizə inteqrasiyasıdır. Bu məqsədlə TƏBİB-də Xaricdə İşləyən Həkimlər İş şöbəsi də yaradılıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/842570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR