Bakıda 37 yaşlı qadın mənzildən 30 min manatlıq qızıl oğurladı

Bakıda 37 yaşlı qadın mənzildən 30 min manatlıq qızıl oğurladı
12:22 16 Aprel 2020
187 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda mənzildən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Həmin ərazidə yaşayan N.Rzayeva polisə müraciət edərək mənzilindən 30 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını deyib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü C.Əliyeva olduğu müəyyən edilib. C.Əliyeva saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) madəsilə cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/842494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR