Koronavirus karantininə qarşı silahlı aksiya keçirilib

Özlərini "lazımsız karantinə qarşı olan Miçiqan xalqı" olaraq adlandıran bir qrup koronavirusa qarşı əyalətdə tətbiq edilən karantinə etiraz olaraq Miçiqanın paytaxtı Lansiqdə parlament binasının önündə silahlı aksiya keçiriblər.

Metbuat.az xəbər verir ki, avtomobilləri ilə şəhərə giriş edən qrupun silahlı olması diqqət çəkib. Silahlı qrupun adından televiziyaya danışan Meşavn Maddok aksiyaya qatılanların Demokrat, Cümhuriyyətçi və müstəqil qruplardan təşkil olunduğunu bildirib.

Qrupun əsas ideyası bu olub ki, xəstə insanları evdə saxlamağa məcbur etmək karantindir, sağlam insanları evdə saxlamaq isə diktatorluqdur.

Mənbə: cnn.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR