"06"da 30 kiloqrama yaxın narkotik aşkarlandı - FOTO

"06"da 30 kiloqrama yaxın narkotik aşkarlandı - FOTO
12:27 16 Aprel 2020
168 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 30 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixatrop maddə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb. 

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Musa Bayramzadə idarə etdiyi "VAZ 2106" markalı avtomobillə saxlanılıb. Onun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı oradan 19 kiloqram 400 qram narkotik vasitə heroin, 6 kiloqram 315 qram qurudulmuş marixuana, 4 kiloqam 25 qram psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb. 

Faktla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/842496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR