"Əvvəl Türkiyədə, sonra Azərbaycanda karantində qalmalıyam" - Bakıya dönə bilməyən Pərviz

"Əvvəl Türkiyədə, sonra Azərbaycanda karantində qalmalıyam" - Bakıya dönə bilməyən Pərviz
12:27 16 Aprel 2020
192 Maraqlı
Ölkə mətbuatı
A- A+

Son oyunlarda ayağım zədələnmişdi, qırılma təhlükəsi var idi. Hazırda düzəlib. Bir də orada yemək yox idi, 12 kiloqram çəki atmışdım. İndi yeyirəm və çəkim düzəlir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri TV8-də yayımlanan "Survivor" yarışmasına qatılan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev deyib. "ATV xəbər"in virtual qonağı olan idmançı hazırda Dominikanda karantində olduğunu söyləyib:

"Dominikanda mərkəzdə qalırıq. Burada saat 5-dən sonra küçəyə çıxmaq olmaz. Marketə də getməyə icazə verilmir. Təyyarələr açılsın Türkiyəyə gedəcəm. Orada 14 gün karantində qalmalıyam. 3 aydır Azərbaycandan uzaqlaşmışam, çox darıxıram. Türkiyədən sonra da Bakıda karantində qalmalıyam. Yəqin ki, mayın sonunda Bakıya gələ bilərəm".

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/842571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR