Rus professordan qorxunc açıqlama:

''Koronavirusu ağır formada keçirmiş xəstələrin beyin fəaliyyəti pisləşir,ağciyərləri kiçilir.''

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Corc Meyson Universitetinin əməkdaşı Ança Baranova deyib.

Onun açıqlamasına görə bu xəstəliyi ağır formadan keçirən gənc adamlar uzun metr qaçışlarda iştirakdan kənar qala bilərlər.Yaşlı insanlar isə hətta pilləkan qalxanda belə nəfəs darlığı yaşaya bilərlər.

"Bu, hər kəsə aid deyil onların arasında bəxti gətirənlərin də ola bilər".

Təcrübələr və müşahidələr göstərir ki, koronavirusun yeni növü Covid 19 u ağır keçirən xəstələrdə yüksək sinir oyanıqlığı yaranır.

'' Virusun fəsadlarının davamiyyət müddətinin nə qədər olacağı bəlli deyil. Məsələn, yaşlılarda şüurun itməsi, müvazinətin itiriməsi halları ola bilər. Bizə müraciət edən xəstələr deyirlər ki, onlar sağalıb evə gedəndən sonra fiziki baxımdan yorğunlu və şüurun dumanlanması hallarını yaşayırlar.''

Mənbə:Corona24news.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR